RABAN Inşaatın nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən 16-cı Beynəlxalq «ANKIROS 2024» sərgisində iştirak edib.
Ankiros Fuarcılık A.Ş. şirkətinin təşkil etdiyi yarmarkada 421 milli və 716 beynəlxalq şirkət təmsil olunmuşdu.
Sərgi iştirakçıları rəngli metallar sahəsində ən yeni maşınları, avadanlıqları, məhsulları, xammal materiallarını nümayiş etdiriblər.
Sərgi çərçivəsində, şirkətimizin nümayəndələri bir sıra faydalı görüşlər keçiriblər və bu görüşlər RABAN İnşaat və United Steel üçün gələcək əməkdaşlıq üçün yeni qapılar açıb.





October 01, 2024